235
Rəylər 10 iyun — 16:00

Daha bir diplomat Rusiyadan qovulur

Rusiya Şimali Makedoniya səfirliyinin bir əməkdaşını ölkədən çıxarır. Bu qərar cavab addımı olaraq qəbul edilib.

10 iyun tarixində Şimali Makedoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Oliver Çauşevskaya-Dimovskaya Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və burada səfirliyin bir diplomatının persona non-qrata elan edilməsi barədə nota təqdim olunub.

"Bu tədbir Şimali Makedoniya tərəfinin may ayında Rusiya səfirliyinin diplomatını persona non-qrata elan etməsinə dair əsassız qərara cavabdır", - XİN-dən bildirib.

Bundan əvvəl, Şimali Makedoniyanın Xarici İşlər Nazirliyi rusiyalı diplomatın ölkədən çıxarılması barədə məlumatı təsdiqləyib.

Xəbərlər