425
Rəylər 12 may — 01:56

“İsrailin öz suverenliyini qorumaq haqqı var”

İsrailin xarici işlər naziri Gabi Aşkenazi Qəzzadan atəşə tutulmalar fonunda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə danışıb.

Virtualaz.org bildirir ki, israilli nazir bu barədə öz “Tvitter” səhifəsində məlumat yayıb.

"Elə indicə Dövlət katibi Blinkenlə danışdım. Mən onun diqqətinə çatdırdım ki, İsrailin öz suverenliyini qorumaq haqqı var və vətəndaşlarımızın zərər görməsinə imkan verməyəcək”, - deyə Q.Aşkenazi vurğulayıb.

Xatırladaq ki, Qəzza zolağı  sərhədində son illərdəki ən böyük eskalasiya bazar ertəsi axşamı başlayıb. Bu müddət ərzində Qəzza zolağından İsrailə 600-dən çox raket atılıb. "Dəmir günbəz" raketdən müdafiə sistemi onlardan 200-nü ələ keçirib.

Bu arada Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidr bildirib ki, İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb: “"İsrailin iki gün ərzində Qəzza sektoruna hava zərbələri nəticəsində anklavda 30 fələstinli həlak olub. Onlar arasında 10 uşaq və 1 qadın da var. Zərbələr nəticəsində daha 203 insan yaralanıb”.

Virtualaz.org

Xəbərlər