147
Rəylər 12 may — 00:14

BMT-nin Baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahatdır

BMT Baş katibi Antoniu Quterreş Fələstin və İsrail arasında artan gərginlikdən dərindən narahatdır və dərhal vəziyyəti sabitləşdirməyə çağırır.

Virtualaz.org bildirir ki, bu barədə KİV-ə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dücarrik məlumat verib.

"Bu sürətlə artan artım dərhal dayanmalıdır", - rəsmi nümayəndə əlavə edib.

Xatırladaq ki, Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.

İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

Bundan başqa, İsrailin Baş naziri Binyamin Netanyahu bəyan edib ki, ölkəsinin Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artıracaq.

Xəbərlər