102
Rəylər 4 may — 13:57

Ermənistanda koronavirusdan ölənlərin sayı 4 165-ə çatıb

Ermənistanda son sutkada koronavirusa 399 yoluxma qeydə alınıb. Bu məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 217 407-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 16 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 4 165 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 201 107 nəfər sağalıb. Hazırda 11 106 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Xəbərlər