203
Rəylər 19 aprel — 19:19

Koronavirus Ermənistan səhiyyəsini diz çökdürdü

Ermənistanın səhiyyə sistemi koronavirusa yoluxma hallarının sayının artması səbəbilə acınacaqlı vəziyyətə düşüb. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Ermənistan Səhiyyə Nazirliyinin şöbə rəisi Romella Abovyan bildirib ki, yoluxma sayının yüksək olmasına görə xəstələrin xəstəxanada yerləşdirilməsində problem yaranıb.

“Boş yerlər yaranan kimi mütəmadi olaraq yeni xəstələrin yerləşdirilməsini aparırıq. Bütün xəstəxanaların çarpayı fondu tükənib”, - R.Abovyan bildirib.

Bununla belə şöbə rəisi hökumətin ağır vəziyyətdən çıxış üçün hansısa tədbirlər nəzərdə tutub-tutmadığını bildirməyib.

Xəbərlər