330
Rəylər 19 aprel — 17:36

Ermənistanda hərbi xidmətin yaş həddi artırıldı

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçular 63 yaşa qədər ordu sıralarında qala biləcək. “Sputnik Ermənistan”ın məlumatına görə, ölkə parlamentində “Hərbi xidmət və hərbi qulluqçunun statusu” qanun layihəsində bəzi dəyişikliklər qəbul edilib. Müvafiq dəyişikliklərdə hərbçilərin yaş həddi orta hesabla beş il artırılıb.

Beləliklə, sıravi hərbçilər və gizirlərin orduda xidmət üçün son yaş həddi 55-ə, aşağı rütbəli zabit heyəti üçün 57-ə, mayor və polkovnik-leytenantlar üçün 60-a, polkovnik və yüksək rütbəli zabitlər üçün isə 63-ə qədər artırılıb.

Xəbərlər