261
Rəylər 23 fevral — 23:13

Tvitter Ermənistanla əlaqəli 35 hesabı blokaldı

“Twitter” sosial şəbəkəsi siyasi məqsədlər üçün şirkətin qaydalarına zidd üsullardan istifadə edən çox sayda hesabları bağlayıb.  TASS şirkətdən yayılan məlumata istinadən xəbər verir ki, şəbəkə Rusiya ilə əlaqəli 100, İranla əlaqəli 238, Ermənistanla əlaqəli 35 hesabı bloklayıb.

Məlumata əsasən, “Twitter” 35 erməni hesabın ölkənin hakim dairələri ilə əlaqəli olduğunu və onların fəaliyyətinin Azərbaycana qarşı yönəldiyini qeyd edib. Bloklanan Rusiya və İran hesabları isə bu ölkələrin siyasi dairələrinin sifarişi ilə, başlıca olaraq ABŞ və onun müttəfiqlərinə qarşı istifadə olunub.

Xəbərlər