128
Rəylər 22 fevral — 21:16

Rusiyadan gətirilən toyuq əti, Türkiyənin isə hind quşu qiyməsi yararsız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

Bu barədə virtualaz.org-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və “FROZEN PRODUCTS” MMC tərəfindən ölkəmizə idxal edilən 19,14 ton toyuğun bel tili məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçiriblər. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

AQTA-nın digər məlumatında isə bildirilir ki, Agentliyin müfəttişləri Türkiyə Respublikasında “DIREKÇI DIS TICARET” LTD tərəfindən istehsal olunan və “GLOBAL MEAT” MMC tərəfindən ölkəmizə idxal edilən 22,33 ton dondurulmuş hind quşu qiyməsi məhsulu partiyasına baxış keçiriblər. Həmin məhsuldan götürülən nümunələr də yuxarıda adıçəkilən laboratoriyada yoxlanılıb və onda da salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız həmin məhsulların zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Xəbərlər