131
Rəylər 13 Yanvar 2021, 17:17

İranda koronavirusa yoluxanların sayı 1,3 milyon nəfəri keçdi

İranda ötən sutka ərzində 6 317 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 1 305 339 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 469 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 97 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 56 457 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 094 388 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,31 milyondan çox diaqnoz testi həyata keçirilib.

Xəbərlər