277
Rəylər 13 yanvar — 12:30

Ermənistan prezidenti təcili xəstəxanaya yerləşdirildi

Ermənistan prezidenti Armen Sarkisyan vəziyyəti ağırlaşdığı üçün təcili xəstəxanaya yerləşdirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, - mətbuat xidməti bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində Londonda koronavirusun yeni ştammına yoluxan A.Sarkisyan ev şəraitində müalicə olunurdu.

Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.

 

Xəbərlər