359
Rəylər 13 yanvar — 00:20

Dünyanın ən varlıları: İlon Mask liderliyi əldən verdi

“SpaceX” və “Tesla” kompaniyalarının rəhbəri İlon Mask dünyanın ən varlı insanlarının reytinq cədvəlində liderliyi əldən verib.

Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Bildirilib ki, İlon Maskın varidatı gün ərzində 13,5 milyard dollar azalaraq 176,2 milyarda enib. O, liderliyini kapitalı 182,1 milyard dollar həcmində qiymətləndirilən “Amazon” kompaniyasının banisi Ceff Bezosa ötürərək ikinci yerdə qərarlaşıb.

Üçüncü pillədə “Louis Vuitton Moët Hennessy” kompaniyasının Prezidenti Bernar Arno yer alıb. Onun varidatı 154,6 milyard dollar təşkil edir.

Siyahıda dördüncü yeri tutan “Microsoft” kompaniyasının qurucusu Bill Qeytsin varidatı 121,4 milyard dollar, beşinci yerdə qərarlaşan “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberqin varidatı isə 94 milyard dollardır.

Xəbərlər