1240
Rəylər 12 yanvar — 17:04

“Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi”

Qarabağda 30 illik gecikmə ilə olsa da, ədalət, bölgədə sabitlik bərqərar oldu.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Minsk qrupunun 30 ildə edə bilmədiyini Türkiyə 44 günə etdi.

“Öz torpaqlarından qovulmuş azərbaycanlı qardaşlarımızın yenidən torpaqlarını qazanmasına Türkiyə yardımçı oldu. Onların (Minsk qrupu-red.) 30 ildə bacarmadığını verdiyimiz dəstəklə 44 gündə gerçəkləşdirdik", - deyə Ərdoğan əlavə edib.

Xəbərlər