480
Rəylər 7 Dekabr 2020, 01:12

Sergey Markedonov: "Paşinyanı legitim yolla kənarlaşdırmaq asan olmayacaq"

"Nikol Paşinyan əslində ona etibar etməkdən imtina edən erməni cəmiyyətinin böyük hissəsinin gözündə legitimliyini itirib. Amma eyni zamanda, biz qanuni yolla hakimiyyətə gəlmiş hazırkı baş nazirin legitimliyi ilə qanuniliyi arasında açıq-aydın boşluğu müşahidə edirik".

Virtualaz.org bildirir ki, bunu "Kommersant" nəşrinə açıqlamasında Rusiya XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov deyib.

"Nəzərə alsaq ki, hakimiyyət orqanları — parlament, hökumət, məhkəmələr onun tərəfdarlarının əlindədir, legitim prosedurlara əməl etməklə onu hakimiyyətdən uzaqlaşdırmaq asan olmayacaq. Beləliklə, Ermənistan müxalifəti mürəkkəb məsələni həll etməyə məcbur olacaq: vətəndaş qarşıdurmasından qaçmaq üçün hakimiyyətin Konstitusiya yolu ilə dəyişdirilməsinə necə nail olmalı?",— deyə o bildirib.

Virtualaz.org

Xəbərlər