126
Rəylər 22 noyabr — 18:59

Prezidentin köməkçisi: “Ruh şəhər” Füzuli firavanlıq və xoşbəxtlik şəhəri olacaq

Xarici diplomatlarla, hərbi attaşelərlə Füzuli rayonuna səfər edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərinin erməni vandalizmi nəticəsində dağıdılmış Mədəniyyət Mərkəzindən bütün dünyaya sülh mesajı verib.

Virtualaz.org bildirir ki, bu barədə Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.

“Ermənistan tərəfindən Füzuli şəhərinin dağılmış Mədəniyyət Mərkəzinin qarşısındayıq.

Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk. “Ruh şəhər” Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq”, - deyə Prezidentin köməkçisi bildirib.

Hikmet Hajiyev

@HikmetHajiyev

We are in front of vandalized Cultural Center of Fuzuli city by Armenia. With the power of music we are sending our message of peace and tolerance to world. Ghost town Füzuli will be host town of prosperity and happiness soon.

Xəbərlər