114
Rəylər 22 noyabr — 17:18

Türkiyə səfiri: “Füzulinin dağıdılması erməni vandalizminin bariz nümunəsidir”

“Azərbaycan 30 il sonra öz torpaqlarının işğaldan azad etdi. Ermənilər burada hər şeyi dağıdıblar. Azərbaycan böyük bir qələbə qazanıb”.

“Report”un məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir bildirib: “Azərbaycan möhkəm dayanıb və bundan sonra da bütün əraziləri bərpa edəcək. Bura həyat qayıdacaq və bu, Azərbaycanın ikinci böyük qələbəsi olacaq”.

“Füzuli şəhərinin dağıdılması Azərbaycana və Azərbaycan xalqına qarşı erməni vandalizminin və vəhşiliyinin bariz nümunəsidir”, - Türkiyənin Azərbaycandakı səfiri vurğulayıb.

Xəbərlər