263
Rəylər 21 noyabr — 18:56

İran XİN rəhbərinin Bakı və Moskva səfərləri təxirə salındı

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin noyabrın 23-24-də baş tutmalı olan Azərbaycan və Rusiya səfərləri təxirə salınıb.

Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“Zərifin Moskva və Bakıya səfərinin təxirə salınması hökumətin bu həftə büdcə iclaslarının keçirilməsi ilə əlaqədar növbədənkənar proqramı ilə bağlıdır. Belə iclaslarda bütün nazirlərin iştirakı mütləqdir”, - İran XİN-in Mətbuat xidməti Xətibzadənin sözlərini sitat gətirir.

Xəbərlər