451
Rəylər 20 noyabr — 21:54

General Movses yenə ifşa edir: “Deyirlər Azəraycanın 62 PUA-sını vurmuşuq, bəs hanı onlar?”

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, Müdafiə Nazirliyinin hərbi müfəttişliyinin rəhbəri vəzifəsindən bir gün əvvəl istefa verən general-polkovnik Movses Akopyan yenə öz keçmiş silahdaşlarını ifşa edib. Akopyan dünən keçirdiyi mətbuat konfransından sonra onu “hərbi sirləri yaymaqda və yalan danışmaqda” ittiham edən Müdafiə Nazirliyinə cavab olaraq deyib ki, yalan danışan əslində nazirlikdə oturanlardır. “Onlar 44 gün ərzində də yalan danışırdılar, indi də danışırlar”,-Movses bildirib.

“Mən demişdim ki, baş nazir Nikol Paşinyan strateji müttəfiqimizə zəng vurub hərbi kömək xahiş etmədi, -onlar isə belə başa düşüblər ki, o ümumiyyətlə zəng vurmayıb. Yox, zəng vurub, gündə bir neçə dəfə, amma ayın 30-na qədər kömək barədə xahiş etməyib. Əgər sizə daha ətraflı lazımdırsa deyə bilərəm ki, baş nazir kömək xahiş etməməsi haqda nə demişdi, amma bunu demrəm”,-o bildirib.

 

 

Movses Akopyan onu da deyib ki, Müdafiə Nazirliyi hərbi əməliyyatların gedişində Azərbaycan ordusunun itkiləri, vurulan texnikası barədə hər gün yalan danışırdı. “Onlar həmin 44 gün ərzində necə aldadırdılarsa indi də eləcə aldadırlar. Mən demişəm ki, Ermənistanın aldığı Su-30SM qırıcıları uçmurdu, ona görə ki, raketləri yox idi. Əgər onlar yararlı idisə niyə uçmurdu? Onlar deyirlər ki, hava hücumundan müdafiə sistemləri 62 pilotsuz uçan aparat vurub. Əgər həmin 62 PUA vurulubsa, onlar bunu necə hesablayıblar və o zaman necə olub ki, hava məkanı bu cür müdafiəsiz qalmışdı? Məhz kim onları vurub və həmin PUA-ların qalıqları haradadır? İndi onlar deyəcəklər ki, Azərbaycana verdiyimiz ərazilərdədir. Tavuşda (iyul toqquşmaları zamanı) “Hermes-900” pilotsuz təyyarəsinin vurulduğunu misal göstərirlər. “Hermes”in istifadəsindən baş çıxaran, onu hansı yüksəklikdə vurmağın mümkün olduğunu biln adamlar başa düşürlər ki, həmin “Hermes” o yüksəklikdə texniki nasazlıq üzündən uçmuşdu. Mən təfərrüatlara varmaq istəmirəm ki, onu vurublar, yoxsa özü texniki nasazlıq üzündən düşüb. Baxın, “Hermes”i istehsal edən zavod onun qəzaya uğradığını necə əsaslandırır”,-erməni generalı bildirib.

 

Virtualaz.org

 

 

Xəbərlər