242
Rəylər 20 noyabr — 21:19

“Azərbaycan əsgərləri Füzulidə bayraq asmaq üçün salamat bir bina tapa bilmədilər”

“Avronest” telekanalı Azərbaycanın Füzuli rayonunun erməni işğalından azad olunması ilə bağlı süjet yayımlayıb.

Virtualaz.org bildirir ki, videomaterialda deyilir: "Azərbaycan əsgərləri Füzuli şəhərini tutarkən orada bayraqlarını qaldırmaq üçün bir dənə də salamat bina tapa bilmədilər: dağılmış mədəniyyət evinin fasadı ilə kifayətlənmək lazım gəldi".

"Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri, Dağlıq Qarabağ ətrafındakı böyük ərazinin bir hissəsi erməni qüvvələrinin nəzarəti altında 27 il bundan əvvəl talan edilib və dağıdılıb. İndi o, təbiət tərəfindən zəbt olunub və apokalipsis filmi üçün dekorasiyaya bənzəyir”, - deyə  Euronews-un müxbiri Emin İbrahimov vurğulayıb.

Virtualaz.org

Xəbərlər