477
Rəylər 27 oktyabr — 00:54

Türkiyə XİN Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi haqda

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağla bağlı daimi qərar qəbul etməyi hədəfləyən danışıqlar prosesinə başlamalıdır.

Virtualaz.org bildirir ki, bunu bazar ertəsi günü Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy deyib.

"Minsk qrupu həmsədrlərinin səylərinin konkret nəticələr verməsi üçün biz Ermənistanın yol verdiyi pozuntuları nəzərə almasını və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq daimi qərar qəbul edilməsinə yönəlmiş danışıqlar prosesinə başlamağı zəruri hesab edirik. Biz hesab edirik ki, elan edilən atəşkəs yalnız bu halda davamlı ola bilər", - deyə Türkiyə xarici siyasət idarəsinin nümayəndəsi vurğulayıb.

Bundan başqa, Aksoy Qarabağda atəşkəs rejiminin pozulmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bəyan edib.

"Ermənistanın Azərbaycana hücumu ilə  başlanan toqquşmalardan sonra oktyabrın 10-da və 18-də elan olunmuş atəşkəs qısa müddət ərzində Ermənistan tərəfindən pozuldu. ABŞ-ın cəhdləri nəticəsində yenidən atəşkəs elan edildi, lakin təəssüf ki, bu atəşkəs də Ermənistan tərəfindən bir neçə dəqiqə sonra pozuldu. Ermənistan cəbhə xəttində Azərbaycan mövqelərinə və  münaqişə zonasından kənarda yerləşən rayonlarda mülki hədəflərə qarşı hücumları davam etdirib", - deyə o bildirib.

Xəbərlər