227
Rəylər 26 oktyabr — 20:28

Ərdoğan Fransa mallarını boykot etməyə çağırdı

“Bizim dinimizdə xristian olmaq günah deyil, biz ona da sahib çıxırıq. Eyni şəkildə musəviyə də sahib çıxırıq. Ancaq Fransada əgər müsəlmanlara qarşı bir zülm varsa, gəlin biz hamımız birgə ora da sahib çıxaq deyə, buradan dünya liderlərinə səslənirəm”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mövludi Nəbi Həftəsi Açılış proqramında çıxışı zamanı söyləyib.

“Necə ki, Fransada türk markalı mal almayın deyirlərsə, mən də buradan millətimə səslənirəm: aman, fransız markalı malları almayın!”, - ölkə başçısı vurğulayıb.

Xəbərlər