187
Rəylər 22 oktyabr — 21:16

"Qarabağ" klubu ev oyunlarını Türkiyədə keçirəcək

Avropa Liqasının oktyabrın 29-da baş tutacaq “Qarabağ” - “Villareal” oyununun yeri müəyyənləşib.

Virtualaz.org-un məlumatına görə, qrup mərhələsinin II tur matçı Türkiyədə, İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Ağdam klubunun meneceri Asif Əsgərov jurnalistlərə bildirib ki, UEFA neytral meydan olaraq "Qarabağ"a  başqa ölkələri təkllif etsə də, klub rəhbərliyi alternativ meydan kimi yalnız Türkiyəni seçib.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağ bölgəsindəki gərgin təhlükəsizlik vəziyyətini nəzərə alaraq Azərbaycan millisinin və “Qarabağ”ın ev oyunlarının alternativ ölkələrdə keçirilməsi barədə qərar qəbul edib. Eyni qərar Ermənistana da şamil olunub.

Xəbərlər