944
Rəylər 22 oktyabr — 21:38

Putin nöqtəni qoydu: Azərbaycanın əraziləri əbədi işğal altında qala bilməzdi!

V.Putin onu da bildirib ki, Rusiya Dağlıq Qarabağa dair kompromis tapmaq istəyir. Rusiyalı liderin sözlərinə görə, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla gün ərzində bir neçə dəfə telefonla danışır: "Mən çox istərdim ki, Dağlıq Qarabağla bağlı bu kompromis tapılsın".

Rusiya Prezidenti bildirib ki, “bu münaqişə dostlarımızla baş verir”.

V.Putin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin qarşıdakı Vaşinqton görüşünə də toxunub: "Həm Azərbaycanın, həm də Ermənistanın Xarici İşlər nazirləri bir daha Moskvaya gəldilər. Oktyabrın 23-də Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə həmrəylik göstərəcək və nizamlanmaya kömək edəcəklər. Ən yaxşısına ümid edək".

Rusiya lideri daha sonra deyib: "Bu münaqişə yalnız dövlətlərarası qarşıdurma və ərazilər uğrunda mübarizə kimi başlamayıb, etnik qarşıdurma ilə başlayıb. Azərbaycan ərazisinin əhəmiyyətli bir hissəsinin itirildiyi belə bir vəziyyət əbədi davam edə bilməz".

**20:30

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan və Ermənistan Rusiya üçün bərabər tərəfdaşdır. Onun sözlərinə görə, Rusiyanın təkcə Ermənistanla deyil, Azərbaycanla da həmişə xüsusi əlaqələri olub.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Rusiya lideri bu barədə “Valday klubu”nun iclasında bildirib.

"Azərbaycanla da həmişə xüsusi əlaqələrimiz olub. Rusiyada 2 milyondan artıq erməni və 2 milyona yaxın azərbaycanlı yaşayır. Onlar yalnız müvəqqəti qazanc üçün gəlmiş insanlar deyil, həm də burada demək olar ki, daim yaşayan insanlardır", - deyə Putin qeyd edib

Putinin sözlərinə görə, orada insanların həlak olması Rusiya üçün böyük faciədir: "Biz həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik".

 

Xəbərlər