287
Rəylər 20 oktyabr — 21:32

Ermənistan qlobal təxribatçıların əlaltısıdır

Qarabağ münaqişəsi erməni diasporunun və Qərb xüsusi xidmətlərinin məhsuludur.

Trend-in məlumatına görə, bu barədə xarici KİV-lər erməni diasporu ilə əlaqədar yazır.

Qeyd olunur ki, erməni diasporu dünya elitalarının kölgə kapitalının yuyulması ilə bağlı mexanizm və kanallar yaradıb, bir sıra terror təşkilatları qurub bütün dünyada nüfuzlu KİV-ləri satın alıb və onlara nəzarət edir.

Bundan başqa, diaspor müxtəlif fondlar yaradaraq külli miqdarda pul cəlb edir. Bu vəsaitin böyük hissəsi Qafqazda, yəni Rusiya, Türkiyə, İran sərhədlərində müharibənin dəstəklənməsinə və bu ölkələrin bir-biri ilə toqquşmasına yol açmağa yönəldilir.

Məqalədə qeyd olunur ki, regional inteqrasiyanın qarşısında ən böyük maneə Ermənistandır. Bu ölkə erməni etnosiyasi şəbəkə vasitəsilə göstərən qlobal təxribatçıların əlaltısıdır. Həmin şəbəkə faşizm, terrorçuluq və separatçılığın qarışığıdır: “Erməni diasporu indi də Ermənistanda millətçi əhval-ruhiyyəni körükləməklə Qarabağda müharibəni maliyyələşdirməyə davam edir. Diaspor müharibənin bitməsinə maneə törədir, regionu nifrət və düşmənmçiliklə qidalandırır, öz xalqını, müxtəlif eksperimentlər keçirməklə girov saxlayır. Qafqazdakı müharibə transmilli qaniçənlərin və onların erməni icraçılarının sifarişidir”.

Xəbərlər