169
Rəylər 18 oktyabr — 20:17

BMT Baş katibi Gəncədə uşaqların və mülki şəxslərin qətlə yetirilməsini pislədi

BMT Baş katibi Antonio Quterreş insanların yaşayış yerlərinə edilən bütün hücumları qınayıb.

Virtualaz.org bildirir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin bəyanatında belə deyilir.

“Oktyabrın 16-da Gəncə şəhərinə olan hücum nəticəsində uşaqlar da daxil olmaqla mülki şəxslərin həyatını faciəvi şəkildə itirməsi tamamilə qəbulolunmazdır.

Baş katib tərəflərin beynəlxalq birliyin döyüşləri dərhal dayandırmaq üçün təkrar çağırışlarına davamlı olaraq məhəl qoymadıqlarına görə dərin təəssüf hissi keçirir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri ilə son telefon danışıqlarında Baş katibin bir daha vurğuladığı kimi, hər iki tərəf beynəlxalq humanitar hüquqa görə hərbi əməliyyatlar apararkən mülki şəxslər və mülki infrastrukturun qorunması və müdafiəsini təmin etmək öhdəliyi var.

Oktyabrın 18-də humanitar atəşkəsin başlanmasına dair elanı qeyd edən Baş katib hər iki tərəfin bu öhdəliyə tam əməl edəcəklərini və ATƏT-in Minsk Qrupu çərçivəsində təxirə salınmadan substantiv danışıqları davam etdirəcəklərini gözləyir”, - deyə BMT Baş katibinin sözçüsünün bəyanatında vurğulanıb.

Xəbərlər