455
Rəylər 1 oktyabr — 23:06

Ermənistan İsraildəki səfirini geri çağırdı

Ermənistan İsrailin Azərbaycana silah satdığını səbəb gətirərək bu ölkədəki səfiri Armen Smbatyanı geri çağırıb.

Virtualaz.org bildirir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan deyib.

"İsrailin Azərbaycana ən müasir silahları tədarük etməsi bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına qərar verib", - deyə o bildirib.

Qeyd edək ki, Ermənistan İsraildə bir aya yaxındır səfirlik açıb.

Xəbərlər