699
Rəylər 1 oktyabr — 20:24

Müdafiə Nazirliyi düşmənin məhv edilmiş hərbi texnikası və… dezinformasiyası barədə

Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın işğaldan azad olunması istiqamətində qətiyyətli tədbirlərini davam etdirir.

Virtualaz.org bildirir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov deyib.

A. Eyvazov bildirib ki, əməliyyatın 5-ci gününün sonunda düşmənin xeyli itkisi var: "Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli, Horadiz, Cəbrayıl, Goranboy, Tərtər, Ağdam rayonlarını atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri ötən gecə ərzində düşmənə sarsıdıcı artilleriya zərbələri endirib. Düşmən xeyli sayda itki verib və ərazinin bəzi sahələrindən geri çəkilib.

Ermənistan tərəfinin guya bu gün Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumatı dezinformasiyadır.

Bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir aviasiya vasitəsi vurulmayıb və bütün aviasiya vasitələri yerindədir".

MN-in mətbuat katibi onu da xatırladıb ki, bu müddət ərzində düşmənin 200 tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda idarəetmə və komanda müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası və 1 ədəd S-300 zenit-raket kompleksi sıradan çıxarılıb.

Xəbərlər