1840
Rəylər 30 sentyabr — 21:02

Bəşər Əsəd Paşinyanı dəstəklədi

 Suriya prezidentinin müşaviri Bussein Shaaban, Suriya hökuməti adından Ermənistan hökumətinə dəstək verib.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb.

Suriyanın Ermənistan hökumətinin işğal siyasətini dəstəkləməsi Azərbaycan və Türkiyə mediası tərəfindən dəfələrlə qabardılan suriyalı muzdluların erməni hərbi birləşmələri sıralarında fəal iştirakını izah edir.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum hərbi əməliyyatına başlamasına və qisas almasına səbəb olan Qarabağdakı erməni təxribatı ərəfəsində də suriyalı muzdluların, xüsusən də erməni mənşəli suriyalıların Ermənistana tranziti barədə məlumat verilmişdi.

Virtualaz.org

Xəbərlər