306
Rəylər 28 sentyabr — 20:04

Türkiyənin aparıcı partiyaları: "Beynəlxalq ictimaiyyəti Azərbaycanı dəstəkləməyə çağırırıq"

Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan Ədalət və İnkişaf Partiyası (AKP), Millətçi Hərəkat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İYİ Partiyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən birgə bəyanat imzalayıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bəyanatda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları pislənilib, haqsız işğalın sonlandırılması üçün BMT Təhlükəsizlik Şurası və ATƏT-in qətnamələrinə müvafiq olaraq sülh həllinə dəstək ifadə olunub.

Bəyanat müəllifləri Azərbaycanın qanuni özünümüdafiə hüququnu möhkəm dəstəklədiklərini vurğulayıblar.

“Dağlıq Qarabağ və Azərbaycanın ona bitişik rayonları 30 ildən çoxdur ki, işğal altındadır. BMT Təhlükəsizlik Şurasının və ATƏT-in müvafiq qətnamələrini dəstəklədiyimizi bildiririk. Beynəlxalq ictimaiyyəti Ermənistanın işğalı və məsuliyyətsiz hücumları fonunda Azərbaycanı dəstəkləməyə çağırırıq. Türkiyə parlamenti qardaş Azərbaycan xalqı ilə həmrəydir”, - deyə bəyanatda vurğulanıb.

Müxalifətdə olan Xalqların Demokrat Partiyası (HDP) bəyanatı imzalamayıb.

Xəbərlər