294
Rəylər 26 sentyabr — 13:10

XİN-in həbsdə olan sabiq şöbə rəisi ev dustaqlığına buraxıldı

Səbail Rayon Məhkəməsində Xarici İşlər Nazirliyi (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin barəsində seçilən həbs qətimkan dəyişdirilməsi barədə müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

Virtualaz.org bildirir ki, hakim Şəhla Süleymanovanın sədrlik etdiyi iclasda qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilib və onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Məhkəmədə Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində də qərar verilib. Qərara əsasən, vəsatət təmin edilib və İ.Əliyev də ev dustaqlığına buraxılıb.

**10:56

Xarici İşlər Nazirliyi (XİN) Konsulluq İdarəsinin həbs olunan əməkdaşı İlqar Əliyev və Konsulluq idarəsi Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev barələrində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə müraciət ediblər.

Virtualaz.org bildirir ki, hər ikisinin şikayətinə bu gün Səbail Rayon Məhkəməsində hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hər iki şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onlara rüşvət alma maddəsi ilə ittiham verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xəbərlər