260
Rəylər 24 sentyabr — 22:34

ABŞ Əfkarinin edamına görə

Vaşinqton İranın rəsmi şəxslərinə, o cümlədən çempion güləşçi Navid Əfkarini edam cəzasına məhkum edən məhkəmə hakiminə qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə ABŞ Dövlət Departamentinin Venesuela və iran üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

Qeyd edək ki, Əfkari 2018-ci ildə hökumət əleyhinə küçə nümayişlərində iştirakı və xüsusi qrup təşkil edərək İranda hakim rejimi devirməyə çalışması ittihamı ilə ölüm hökmünə məhkum edilmişdi. UFC rəhbəri Deyn Uaytın, ABŞ Prezidenti Donald Trampın, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın çağırışlarına baxmayaraq, İran hökuməti 27 yaşlı idmançını sentyabrın 13-də edam etmişdi.

Virtualaz.org

Xəbərlər