316
Rəylər 24 sentyabr — 21:12

Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi

Bəşəriyyət koronavirus pandemiyasının sınağından keçə bilmədi, qurbanların sayı artıq bir milyona yaxınlaşır.

Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, bütün bunlar qlobal hazırlıq, qarşılıqlı fəaliyyət və həmrəyliyin olmamasının nəticəsidir: “Pandemiya açıq-aşkar beynəlxalq ictimaiyyət üçün sınaqdır və biz bunun öhdəsindən gələ bilmədik. Virus artıq bütün dünyada bir milyona yaxın insanı öldürüb, 30 milyondan çox şəxsə ziyan vurub. Virus nəzarətdən çıxıb”.

Virtualaz.org

Xəbərlər