153
Rəylər 23 sentyabr — 22:14

Ceyhun Bayramov Gürcüstana gedir

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov sabah Grücüstana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

XİN başçısı səfər çərçivəsində, Gürcüstan Prezident Salome Zurabişvili, Baş nazir Giorgi Qaxaria, Xarici İşlər naziri David Zalkaliani, İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natia Turnava, parlament sədrinin müavini Kaxaber Kuçava və deputatlarla görüşəcək.

C.Bayramov Tiflisdə Heydər Əliyev adına parkda Azərbaycanın ümummilli liderinin büstünü və Qəhrəmanlar meydanında ucaldılmış abidəni də ziyarət edəcək.

Xəbərlər