217
Rəylər 20 sentyabr — 20:38

Tramp Baydenlə arasındakı dəstək fərqini bir faiz bəndi azaltdı

ABŞ prezidentliyinə Demokratlar partiyasının namizədi Cozef Bayden qarşıdakı seçkilərdə dəstək səviyyəsinə görə rəqibi Donald Trampı səkkiz faiz bəndi qabaqlayır. Aradakı geriləmə ay ərzində bir faiz bəndi azalıb.

Bu göstərici NBC telekanalının və The Wall Street nəşrinin sifarişi ilə keçirilən sosioloji sorğunun bu gün dərc olunmuş nəticələrində əksini tapıb. Məlum olub ki, seçkilər indi keçirilsə, rəyi soruşulanların 51 faizi Baydenə səs verməyə hazırdır. Respondentlərin 43 faizi isə respublikaçı Trampa dəstək ifadə edib.

Sorğu sentyabrın 13-dən 16-dək olan dövrdə keçirilib.

AzərTAc xatırladırki, ABŞ-da prezident seçkiləri noyabrın 3-nə təyin olunub.

Xəbərlər