141
Rəylər 20 sentyabr — 18:31

İki hakimimiz Avroliqa matçlarına təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev bu mövsüm UEFA-dan ilk təyinatını alıb.

Virtualaz.org bildirir ki, 33 yaşlı hakimimiz sentyabrın 24-də Rumıniyanın “Styaua” və Çexiyanın “Slovan” (Liberets) komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununu idarə edəcək.

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli yan xətt, Orkhan Məmmədov isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, Curcu şəhərindəki Marin Anastasoviçi adına stadionda gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev də UEFA-dan təyinat alıb.

Belə ki, Xudiyev Rusiyanın “Rostov” və İsrailin “Makkabi Hayfa” komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin oyununda iştirak edəcək. O, çexiyalı Petr Ardelyanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.

Xəbərlər