160
Rəylər 20 sentyabr — 11:40

İran Süleymaninin qətlinə görə ABŞ-dan qisas almaqda davam edəcək

ABŞ-ın İraqdakı bazalarına endirilən zərbələr İran generalı Qasım Süleymaninin qisasının alındığı anlamına gəlmir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Hüseyn Salami deyib.

“Amerikalılar bizimlə döyüşmək istəyirlərsə, bölgədə olmalıdırlar, bölgədən kənarda bizimlə müharibə edə bilməzlər. Regionun harasında olmasından asılı olmayaraq, ABŞ ordusu bizim müşahidələrimiz altındadır. Biz hər an Vaşinqtonun regiondakı bütün bazalarını ələ keçirib, bölgəni onlardan təmizləyə bilərik”, - deyə Hüseyn Salami vurğulayıb.

İİKK-nın komandanı onu da qeyd edib ki, hazırda heç bir ölkə, o cümlədən ABŞ İrana qarşı müharibə apara bilməz, ABŞ Prezidenti Donald Trampın bəyanatları isə İran hakimiyyətini qətiyyən narahat etmir.

Xəbərlər