125
Rəylər 16 sentyabr — 13:42

Ermənistanda koronavirusdan ölənlərin sayı 923-ə yüksəldi

Ermənistanda daha 257 nəfərdə koronavirus aşkarlanıb.

Bu məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da virusa yoluxanların sayı 46 376-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 923-ə çatıb. İndiyədək 42 069 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 101 aktiv koronavirus xəstəsi var.

Virtualaz.org

Xəbərlər