1780
Rəylər 12 sentyabr — 14:02

Müdafiə Nazirliyi məxfi şöbədəki qız- Nəcməddin Sadıkovun “qohumu” haqda

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Məryəm Cərullayeva adlı qızın Azərbaycan Ordusunun sıralarında xidmət etdiyi barədə məlumatı təkzib edib.

Virtualaz.org xatırladır ki, xaricdə yaşayan bloqer Həbib Müntəzir dünən Facebook səhifəsində smartfon tipli telefondan istifadə edərək hərbi geyimdə fotosunu çəkən qadın haqda məlumat paylaşıb. İddia edib ki, həmin şəxs Müdafiə Nazirliyinin məxfi şöbəsinin giziri Məryəm Cərullayevadır. Onun sözlərinə görə, həyat yoldaşı Rusiya vətəndaşı olan qadın Baş Qərargah rəisi Nəcməddin Sadıkovun bibisi nəvəsidir.

 “Belə bir rütbədə, soyadda və adda şəxs Azərbaycan Ordusunda xidmət etmir, ehtiyatda da yoxdur”,- deyə V.Dərgahlı jurnalistlərə bildirib.

Virtualaz.org.

Xəbərlər