265
Rəylər 15 avqust — 13:54

Ruhani də İsrail-BƏƏ razılaşmasını tənqid etdi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bütün Yaxın Şərqin "düşməni" olan İsrailə yaxınlaşmaqda səhvə yol verir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Təəssüf ki, qonşularımızdan biri İslam dünyasının, bölgənin düşməni, fələstinlilərin qatili ilə münasibətlər qurmaq qərarına gəldi. Bu, dindar müsəlmanların yaşadığı bir İslam ölkəsidir, ancaq hökumətləri səhv etdi", - deyə Ruhani bildirib.

O əlavə edib ki, BƏƏ-nin seçdiyi yoldan dönəcəyinə ümid edir.

Qeyd edək ki, İsrail və BƏƏ münasibətlərini normallaşdırmaq barədə razılığa gəliblər. Razılıq ABŞ-ın vasitəçiliyi ilə əldə edilib.

Yaxın həftələrdə İsrail və BƏƏ-nin investisiya, turizm, birbaşa uçuşlar, təhlükəsizlik, telekommunikasiya və digər sahələrdə sazişlər imzalayacağı gözlənilir.

Fələstin rəhbərliyi üçtərəfli razılaşmanı sərt şəkildə qınayıb.

Xəbərlər