283
Rəylər 15 avqust — 10:32

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İranla bağlı qətnaməsini rədd etdi

BMT Təhlükəsizlik Şurası ABŞ-ın İrana silah satışına dair embarqonu uzatmaq barədə qətnaməsini rədd edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu ABŞ-ın Dövlət katibi Maykl Pompeo deyib.

"BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün məsuliyyət daşıyır. Bu gün o, əsas missiyasını yerinə yetirə bilmədi. 13 ildir İrana qarşı silah embarqosunun uzadılması ilə əlaqəli mövcud olan qərarı rədd etdi və dünyada terrorizmin əsas sponsoru üçün şərait yaratdı ki, BMT-nin xüsusi məhdudiyyətləri olmadan silahlar alıb, satsın”, - deyə Pompeo əlavə edib.

Onun sözlərinə görə, ABŞ İrana silah satışına mane olmaq üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, İrana silah tədarükünə qoyulan məhdudiyyətlər 18 oktyabr 2020-ci ildə başa çatır.

Xəbərlər