620
Rəylər 14 avqust — 22:10

Putinin illik gəliri

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il üçün gəlirləri 9 milyon 726 min 595 rubl (226 945,78 AZN), orta hesabla - ayda təxminən 810 min rubl (18 899,33 AZN) təşkil edib.

Dövlət başçısının gəlir, xərclər və əmlak haqqında Bəyannaməsi avqustun 14-də Kremlin saytında dərc edilib.

Dövlət başçısının 2018-ci ildəki qazancı təxminən 8,65 milyon rubl olmuşdu. 

Bəyannamədə Prezidentin əmlakının siyahısı dəyişməyib. Onun mülkiyyətində sahəsi 77 kv.m. olan mənzil və sahəsi 18 kv.m. olan qaraj, iki nadir “Volqa” QAZ M21, “Niva” avtomobili və “Skif” qoşqusu var. Prezidentin istifadəsində sahəsi 153,7 kv.m. olan mənzil və sahəsi 18 kv.m. qaraj yeri var. Bütün bu obyektlər Rusiyada yerləşir.

Virtualaz.org

Xəbərlər