917
Rəylər 14 avqust — 17:00

Yüksək vəzifəli məmur vəzifəsindən azad edildi

Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi, baş məhkəmə icraçısı Nurəddin Mustafayev dünən tutduğu vəzifədən azad edilib.

Bu barədə virtualaz.org-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat veriblər.

"O, ölkədə həyata keçirilən islahatlar, həmçinin kadr siyasəti ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində vəzifədən azad edilib", - deyə Nazirlikdən bildiriblər.

Virtualaz.org

Xəbərlər