522
Rəylər 14 avqust — 12:56

Əli Abbasov Ramiz Mehdiyevin müşaviri oldu

“Əli Abbasov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin müşaviri vəzifəsinə təyin edilib”.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov deyib.

Onun sözlərinə görə, bununla bağlı AMEA prezidenti müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, Ə.Abbasov bundan əvvəl AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsində çalışırdı.

Virtualaz.org

Xəbərlər