595
Rəylər 14 avqust — 11:54

Əli Abbasov direktor vəzifəsini də itirdi

AMEA Rəyasət Heyətinin qərarı ilə Əməkdar mühəndis Vasif Bilal oğlu Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin edilib.

Virtualaz.org AMEA-nın Mətbuat xidmətinə istinadən bildirir ki, yeni direktor artıq kollektivə təqdim olunub.

Xatırladaq ki, ondan əvvəl “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov idi. O, 2004-cü ildən 2015-cü ilə qədər nazir vəzifəsində çalışıb.

Virtualaz.org

Xəbərlər