719
Rəylər 10 avqust — 17:57

Belarusdakı aksiyalar bu ölkələrdən idarə olunub

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, 9 avqust mitinqləri zamanı nümayişçilər Polşa, Böyük Britaniya və Çexiyadan gələn telefon danışıqları ilə idarə olunub.

Məlumatı "Belta" agentliyi yayıb.

"Biz xaricdən gələn zəngləri qeyd etdik. Polşadan, Böyük Britaniyadan və Çexiyadan zənglər gəldi, onlar - üzr istəyirəm bizim "qoyunları" idarə edirdilər. Onlar (nümayişə çıxanlar – red.) nə etdiklərini anlamırlar və artıq idarə olunmağa başlayıblar. "Maydan"a icazə verməyəcəyəm və ölkəni parçalamaq cəhdlərinə adekvat cavab verəcəyik. Ölkənin parçalanmasına imkan verməyəcəyik", -deyə Lukaşenko bildirib.

Xəbərlər