807
Rəylər 10 avqust — 12:48

Zelenski Belarus xalqına müraciət etdi

Ukrayna Prezidenti Vladimir Zelenski belarusların dəyişikliklərlə bağlı mübarizələrinə dəstək verib.

Virtualaz.org bildirir ki, bu barədə o, rəsmi “Telegram” səhifəsində yazıb.

“Qonşularımızı maksimum tolerantlığa, səbr etməyə və küçə zorakılığından imtina etməyə çağırırıq.

Ukrayna və şəxsən mən Belarusun güclü iqtisadiyyatı və sabit sosial münasibətləri olan və sözün əsl mənasında müstəqil, demokratik bir ölkə olmasında son dərəcə maraqlıyıq”,-deyə Ukrayna lideri vurğulayıb.

Xəbərlər