160
Rəylər 7 avqust — 18:06

ABŞ Əfqanıstanı “Taliban” məhbuslarını azadlığa buraxmağa çağırdı

ABŞ Dövlət katibi Mayk Pompeo Ümumdünya Əfqanıstan Ağsaqqallar Şurasını radikal “Taliban” hərəkatının həbsdə olan üzvlərini azad etməyə çağırıb.

Virtualaz.org bildirir ki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada belə deyilir.

“Belə başa düşürük ki, onlar qalan “Taliban” məhbuslarının sürətlə azad edilməsi məsələsi barədə qərar verəcəklər – bu, Əfqanıstandaxili danışıqların başlanması üçün son maneədir”, - deyə ABŞ Dövlət katibi bildirib.

O vurğulayıb ki, ABŞ-ın bu ölkəyə gələcək yardımının ölçüsü və həcmi Əfqanıstanda daxili münaqişəsinin həllindən asılıdır.

Xatırladaq ki, bundan əvvəl Əfqanıstan hökuməti 317 “Taliban” üzvünü Pərvan əyalətindəki həbsxanalardan azad edib.

Xəbərlər