295
Rəylər 6 avqust — 16:16

Sahibə Qafarovadan Səhiyyə Nazirliyinə dəstək

“Bu gün pandemiya dövründə Səhiyyə Nazirliyi və həkimlər əlindən gələni edirlər”.

Virtualaz.org-un məlumatına görə, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur fikri yanlışdır”,- deyə o bildirib.

Qeyd edək ki, iclasda deputat Aqil Abbas Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib. O deyib ki, vaxtilə əlilliyi Tibbi Sosial Ekspert Komissiyası (TSEK) verirdi: “Öz işçilərinə inanmadılar əlilliyin təyinatını Səhiyyə Nazirliyinə verdilər. Səhiyyə Nazirliyi öz işini görə bilmir. Ümumiyyətlə, Azərbaycanda Səhiyyə Nazirliyi yoxdur”.

Xəbərlər