287
Rəylər 2 avqust — 12:43

Rusiyanın İrandakı Baş Konsulluğuna terror cəhdi olub?

Rusiyanın İrandakı səfirliyi Baş Konsulluqda terror aktına cəhd planları haqqında məlumatları şayiə adlandırıb.

Bu barədə RİA “Novosti” xəbər yayıb.

"Səfirlik yoxlanılmamış şayiələri şərh etmir", - agentliyin müsahibi deyib.

Daha əvvəl İranın IRIB dövlət teleradio şirkəti informasiya mənbəyini göstərmədən bildirib ki, lideri İranın xüsusi xidmət orqanları tərəfindən saxlanılmış "Tondar" təşkilatı Rusiyanın Rəştdəki Baş Konsulluğunda terror aktı planlaşdırıb. IRIB terror aktının nə vaxt planlaşdırıldığını açıqlamayıb.

“Report” xatırladır ki, bu məlumat İran İnformasiya (Kəşfiyyat) Nazirliyinin "Tondar" təşkilatının lideri Cəmşid Şarmahdın tutulması haqda xəbərin ictimailəşməsindən sonra yayılıb. Nazirliyin məlumatına görə, təşkilat ABŞ-dan idarə edilib və bir sıra terror aktları həyata keçirib, eləcə də İranda bəzi əməliyyatlar planlaşdırıb.

Xəbərlər