339
Rəylər 1 avqust — 11:00

Braziliya Prezidenti: “Hər kəs koronavirusa yoluxacaq”

Bu yaxınlarda koronavirusa yoluxmuş Braziliya Prezidenti Jair Bolsonaru insanlardan xahiş edib ki, qorxmasınlar, çünki demək olar, hamı nə vaxtsa virusa yoluxacaq.

Virtualaz.org bildirir ki, məlumatı Folha de Sao Paulo nəşri yayıb.

“Mən risk altındayam, buna görə də heç vaxt səhlənkarlıq etməmişəm. Bir gün yoluxacağımı bilirdim. Təəssüf ki, demək olar, hamının bu virusa yoluxacağını düşünürəm",-deyə ölkə başçısı vurğulayıb.

Qeyd edək ki, Braziliya Prezidentinin koronavirusa yoluxduğu iyulun 7-də aşkarlanmışdı. Onun ilk üç testinin cavabı müsbət, iyulun 25-də verdiyi növbəti testin cavabı isə mənfi çıxıb.

Xəbərlər