417
Rəylər 16 iyul — 15:21

Prezidentin köməkçisi Ermənistanın hərbi təcavüz aktı haqda

Tovuzdakı təxribat Ermənistanın Azərbaycana qarşı çirkin əməlləridir.

Virtualaz.org bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu barədə lazımi beyməlxalq təşkilatlara məlumat verilib: "BMT, Qoşulmama Hərəkatı, ATƏT-ə də lazımi məlumat verilib. Digər beynəlxalq təşkilatlara da məlumat verilib. Türkiyə tərəfindən məsələyə dərhal reaksiya verilib, İƏT-in mövqeyi açıqlandı. İƏT-ə üzv olan 57 dövlət, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İran, Səudiyyə Ərəbistanı da bizim məlumatlarımıza dəstək verib. Ermənistanın hərbi təcavüz aktına ATƏT-in Minsk Qrupu konkret münasibət bildirməlidir. Təəssüf ki biz yenə də standart cavablar alırıq".

H.Hacıyev bildirib ki, hərbi avantüraya görə Ermənistan rəhbərliyi öz xalqına cavab verməlidir. Çünki onlar öz itkilərini gizlədirlər. Onun sözlərinə görə, bu itkilərə görə də məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür: “Ermənistan tərəfi hərbi, diplomatik, informasiya müstəvisində uğursuzluğa düçar olanda onlar mülki obyektləri və mülki insanları hədəfə almağa başlayırlar. Artıq mülki itkilər sırasında 76 yaşında vətəndaşımızın həlak olması faktı var. Bu faktlar hamısı qiymətləndirilir. Eyni ssenarini Aprel döyüşlərində də gördük. Bunlar qiymətləndiririlir və vahid məcmu halına salınıb BMT-nin aidiyyəti strukturlarına və beynəlxalq ictimaiyyətə çatdırılır. Hesab edirik ki, Ermənistanın törətdiyi bu əməllər ilk növbədə beynəlxalq hüququn, Cenevrə Konvensiyasının və bundan irəli gələn digər hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır ki, beynəlxalq ictimaiyyətin diqqətinə bu məqamlar bir daha çatdırılır”.

Xəbərlər